Noyabrın 11-də Sumqayıt Paralimpiya İdman Kompleksində II Uşaq Paralimpiya İdman Oyunları təşkil olunacaq. Azərtac xəbər verir ki, yarışlar Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK), “Azercell Telekom” MMC-nin və UNICEF-in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçiriləcək. Turnirdə respublikanın müxtəlif regionlarını təmsil edən uşaq paralimpiyaçılar idmanın beş növü (cüdo, üzgüçülük, masaüstü tennis, qolbol və boccia) üzrə güclərini sınayacaqlar. Yarışda sağlamlıq imkanları məhdud 60-dan çox uşaq mübarizə aparacaq. AMPK beynəlxalq təcrübədə ilk dəfə olaraq, sağlamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idmana cəlb edilməsini himayəsinə götürərək, 2013-cü ilin sentyabrında Uşaq Paralimpiya Komitəsini yaradıb. Komitənin yaradılmasında məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…