Bu gün Tiflisdə III Beynəlxalq Mədəniyyət Festivalı keçirilib. Apa-nın Gürcüstan bürosunun məlumatına görə, Qara Dəniz Beynəlxalq Universitetində keçirilən festivalı universitetin rektoru İlya Çiloğlu açıb. O, festivalda 19 dövləti təmsil edən tələbələrin iştirak etdiyini bildirib. Festivalda Gürcüstan, Azərbaycan, Nigeriya, Misir, Türkiyə, ABŞ, Ermənistan, Ukrayna və digər ölkələr iştirak edir. Azərbaycanı Beynəlxalq Qara Dəniz Universitetində təhsil alan Azərbaycandan olan tələbələr, habelə Gürcüstanın Kvemo Kartli bölgəsindən olan azərbaycanlı tələbələr təmsil edib. Tədbirdə Gürcüstan, Azərbaycan, Nigeriya, Ukrayna və digər ölkələrin musiqi kollektivləri, rəqs ansamblları və müğənnilər çıxış ediblər. Borçalı aşığı Məsim Rəcəbov və dəfələrlə beynəlxalq yarışların qalibi olan müğənni Aysel Məmmədova gürcü və Azərbaycan mahnılarını ifa edərək tədbir iştirakçılarının alqışlarını qazanıblar. Festivalın sonunda iştirakçılar diplomlara layiq görülüblər. Qara Dəniz Beynəlxalq Universitetinin rektoru İlya Çiloğlu Apa-ya açıqlamasında festivalın böyük əhəmiyyət daşıdığını bildirib: “Bu festivalı keçirməkdə məqsədimiz müxtəlif ölkələrdən gələn tələbələr arasında ünsiyyət və dialoq qurmaqdır. Düşünürəm ki, biz buna nail oluruq”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…