III “SENI Cup” respublika çempionatının açılışı olub

15 Dekabr 2016 10:31

Xəbər 911 dəfə oxunub

Azərbaycanda yeni yaranmış boccia idmanı üzrə III “SENI Cup” respublika çempionatının dekabrın 14-də açılışı olub.Azərtac xəbər verir ki, turnirin açılış mərasimində çıxış edən Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İ.Rəhimov AMPK tərəfindən 2013-cü ildən ölkəmizdə boccia idmanının təbliğinə başlanıldığını vurğulayıb. O, boccianın Azərbaycanda sürətlə inkişaf etməsindən, çoxlu sayda fiziki imkanları məhdud gəncin idmanın bu növünə böyük maraq göstərdiyini bildirib.“SENI” firmasının Mərkəzi Asiya və Qafqaz üzrə əlaqələndiricisi Mixail Kopaç, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Aydın Məmmədov və boccia üzrə Türkiyə millisinin baş məşqçisi Nihat Yılmaz turnirin əhəmiyyətini yüksək qiymətləndirib, idmançılara uğurlar arzulayıblar.xeber100.com