Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir.Azərtac xəbər verir ki, oktyabrın 12-də Olimpiadada güləş yarışlarına start veriləcək. Olimpiadada ölkəmizi iki güləşçi təmsil edir. Şahanə Nəzərova (43 kq) Braziliya, Misir, Fransa, Hindistan, Moldova, Monqolustan, Yeni Zelandiya, Nigeriya və ABŞ təmsilçisi ilə mübarizə aparacaq. Turan Bayramovun (65 kq) rəqibləri isə Misir, İran, Yeni Zelandiya, Pakistan və ABŞ güləşçisi olacaq. Oktyabrın 13-də Ş.Nəzərova, ertəsi gün isə T.Bayramov xalça üzərinə çıxacaqlar.İlk görüşlər Bakı vaxtı ilə saat 17.00-da, medal qarşılaşmaları isə gecəyarısı başlayacaq.Reqlamentə əsasən, iştirakçılar iki qrupda (A, B) mübarizəyə start verəcək. Qrup qalibləri finala vəsiqə qazanacaq. İkinci yeri tutanlar isə bürünc medal uğrunda görüşə çıxacaq. Bu gün axşam saatlarında qrupların püşkü atılacaq.Qeyd edək ki, Şahanə 2017-ci ildə, Turan isə bu il dünya və Avropa çempionu olub. İdmançılarımız Olimpiya Oyunlarına vəsiqəni mayın 14-20-si aralığında Makedoniyanın paytaxtı Skopyedə keçirilmiş Avropa çempionatında əldə edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…