“Stadler Rail Group” şirkətinin «Stadler Minsk» zavodunda istehsal olunmuş KİSS markalı daha iki ədəd ikimərtəbəli elektrik qatarı Bakı sərnişin stansiyasına gətirilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən Azərtac-a bildirilib ki, artıq ölkəmizdə beş ikimərtəbəli elektrik qatarı fəaliyyət göstərir. “Stadler Rail Group” şirkətinin «Stadler Minsk» zavodunda istehsal olunmuş KİSS markalı elektrik qatarının birincisi 2015-ci il mayın 30-da, ikincisi – mayın 31-də, üçüncüsü isə avqustun 20-də Bakı sərnişin stansiyasına gətirilmişdi. Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksəkkeyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…