İyulun 8-də belarusluların Kupalye xalq bayramı çərçivəsində ikinci Avropa Oyunlarının loqotipinin təqdimatı keçiriləcək və turnirin talismanı üçün müsabiqənin başlandığı elan ediləcək.Azrtac Belarus Milli Olimpiya Komitəsinə istinadla xəbər verir ki, tədbirdə adlı-sanlı belaruslu idmançılar – Olimpiya çempionu və mükafatçısı, kanoyedə avarçəkmə üzrə birinci Avropa Oyunlarının qalibi Aleksandr Boqdanoviç, birinci Avropa Oyunlarının çempionu, sambo üzrə dünya və qitə birinciliklərinin dəfələrlə qalibi Stepan Popov, yuniorlar arasında dünya və Avropa çempionu, gənclər arasında Olimpiya Oyunlarının gümüş mükafatçısı, Belarus Prezidentinin “Belarusun Olimpiya Olimpi” xüsusi mükafatının sahibi Elvira German iştirak edəcəklər.Bundan əlavə, tədbirdə Belarus Milli Olimpiya Komitəsinin çadırı işləyəcək.İkinci Avropa Oyunlarının rəsmi devizi “Bright Year, Bright You” (“Parlaq il, parlaq sən”) sözləri olacaq.Belarus ikinci Avropa Oyunlarını keçirmək hüququnu Avropa Olimpiya Komitələri Baş Assambleyasının 2016-cı ilin oktyabrında Minskdə keçirilən 45-ci iclasında alıb. Birinci Avropa Oyunları 2015-ci ilin iyununda Azərbaycanın paytaxtı Bakıda keçirilib. Belaruslu atletlər bu yarışlarda 43 mükafat qazanıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…