Bakıda keçirilən “Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda ikinci beynəlxalq elmi konfrans başa çatıb. Konfrans Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) və Türkiyənin Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.ADPU-dan Azərtac-a bildirilib ki, yekun iclasda rektor Cəfər Cəfərov bu konfransın Azərbaycan-Türkiyə münasibətlərində xüsusi yeri olduğunu bildirib. Rektor qeyd edib ki, bölmə iclaslarında ümumilikdə 83 elmi məruzə dinlənilərək müzakirə edilib. Konfrans Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikir mübadiləsi aparmaq, qarşılıqlı əlaqə və münasibətlərin genişləndirilməsi və bu sahədə yeni perspektivlərin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Konfransın keçirilməsi həm Azərbaycanın, həm də qardaş Türkiyənin ictimai-siyasi və elmi-mədəni həyatında əlamətdar bir hadisədir.Kastamonu Universitetinin rektoru, professor Seyit Aydın konfransın yüksək səviyyədə keçirilməsinə görə təşəkkür edib, iki qardaş ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsindən məmnun oldu]unu vurğulayıb.İclasda konfrans iştirakçılarına sertifikatlar təqdim edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…