Oktyabrın 19-da Bakıda “Sosial elmlərin araşdırılması” mövzusunda ikinci beynəlxalq konfrans öz işinə başlayıb. Tədbir Bakı Avrasiya Universitetinin (BAU), Türkiyənin Pamukkale Universitetinin və Anadolu Mədəni Araşdırmalar Jurnalının birgə təşkilatçılığı ilə keçirilir.Azərtac xəbər verir ki, tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.BAU-nun rektoru Nazim Hüseynli bildirib ki, oktyabrın 21-dək davam edəcək konfransın keçirilməsinin məqsədi müasir dövrün çağırışlarına uyğun olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqun qurulması, ortaq layihələrin reallaşdırılmasıdır.Konfransın sədri, professor Həsən Kara ilk dəfə 2015-ci ildə Sarayevoda keçirilmiş tədbirin Şərq və Qərb istiqamətləri üzrə hər il bir ölkədə təşkil ediləcəyini deyib.Anadolu Mədəni Araşdırmalar jurnalının redaktoru, professor Turhan Çetin konfransın əlaqə və münasibətlərin genişləndirilməsi, bu sahədə yeni perspektivlərin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib.Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva “Qarabağ problemi” mövzusunda məruzə ilə çıxış edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…