Gürcüstan paytaxtında keçirilən İkinci İpək Yolu beynəlxalq konfransı başa çatıb.Azərtac xəbər verir ki, panel iclaslarında davam edən müzakirələrdə Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili iştirak edib.Konfransda böyük İpək Yolunun inkişafı, regional təhlükəsizlik, iqtisadi, enerji, infrastruktur layihələri, logistika, regional əməkdaşlıq məsələləri müzakirə olunub. Çıxışlarda Cənubi Qafqaz ölkələrinin, xüsusən Azərbaycanın, Türkiyənin və Gürcüstanın Avropanın enerji təhlükəsizliyindəki rolu xüsusi qeyd olunub. Eyni zamanda, hər üç ölkənin iştirakı ilə reallaşdırılan nəqliyyat layihələri, yaradılan nəqliyyat infrastrukturları, logistik mərkəzlərin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, iki gün davam edən müzakirələr zamanı Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizlərinin inkişafı, yeni mərkəzlərin yaradılması və s. təkliflər olduqca əhəmiyyətlidir. İştirakçı ölkələr bu təkliflərin reallaşdırılması istiqamətində səmərəli iş aparmalıdırlar.Müzakirələr zamanı vurğulanıb ki, yeni layihələr həm də geniş investisiya imkanları açır. Beynəlxalq maliyyə qurumları, eləcə də ayrı-ayrı dövlətlər bundan səmərəli istifadə edəcəklər. Bu da xalqların və ölkələrin inkişafında mühüm rol oynayacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…