Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ikinci və üçüncü ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.Azərtac xəbər verir ki, imtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda ümumilikdə 61 binada aparılacaq. İmtahanların idarə olunmasına 217 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2 min 585 nəzarətçi-müəllim cəlb olunacaq.Bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar, imtahan iştirakçılarının şəxsiyyətinin müəyyən olunması üçün “barkod-skaner”lər quraşdırılıb. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçirilib. Bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil verilib.İmtahanda 31 min 904 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 14 min 993 abituriyent ikinci qrup üzrə, 16 min 911 abituriyent üçüncü qrup üzrə imtahan verəcək.Abituriyentlərdən 29 min 370 nəfəri Azərbaycan bölməsinin (ikinci qrup üzrə 13 min 641, üçüncü qrup üzrə 15 min 729 nəfər), 2 min 534 nəfəri isə rus bölməsinin (ikinci qrup üzrə 1352, üçüncü qrup üzrə 1182 nəfər) məzunudur. Onların 13 min 849 nəfəri oğlanlar (ikinci qrup üzrə 9 min 419 nəfər, üçüncü qrup üzrə 4 min 430 nəfər), 18 min 55 nəfəri isə qızlardır (ikinci qrup üzrə 5 min 574 nəfər, üçüncü qrup üzrə 12 min 481 nəfər). Abituriyentlərin 24 min 666-sı cari ilin orta ümumtəhsil məktəblərinin, 5 min 865-i əvvəlki illərin, 98-i ali təhsil müəssisələrinin, 1275-i isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. Onların 163-ü xarici ölkələrin vətəndaşıdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…