ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisi BMT Baş Assambleyasının iclası çərçivəsində görüş zamanı iki ölkənin strateji tərəfdaşlığı və müxtəlif sahələrdə əməkdaşlığı məsələlərini müzakirə ediblər.Azərtac Misirin dövlət başçısının dəftərxanasının rəsmi nümayəndəsi Bassam Radiyə istinadla xəbər verir ki, prezidentlər həmin görüşdə Yaxın Şərq məsələlərinə və onların həllinə dair səyləri əlaqələndirməyə çalışdıqlarını bildiriblər. Tərəflər terrorizmə qarşı mübarizə məsələsinə də toxunublar. ABŞ Prezidenti Misirin bu bəlaya qarşı mübarizədə böyük səylərini yüksək qiymətləndirərək, bu mübarizədə Misiri ABŞ-ın mühüm tərəfdaşı adlandırıb və ABŞ-ın Misiri tamamilə dəstəklədiyini vurğulayıb.Misir Prezidenti də öz növbəsində, terrorizmə qarşı mübarizədə iki ölkə arasında əməkdaşlığı davam etdirməyin zəruri olduğunu bildirib. O qeyd edib ki, Yaxın Şərq regionunda sülhün və sabitliyin möhkəmlənməsi üçün Misir və ABŞ arasında strateji tərəfdaşlıq böyük əhəmiyyət kəsb edir.B.Radi onu da vurğulayıb ki, iki ölkənin liderləri iqtisadi sahədə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər və ABŞ Prezidenti Misirdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirib. Tramp qeyd edib ki, iki ölkə arasında əmtəə dövriyyəsinin və Amerika şirkətləri tərəfindən Misir iqtisadiyyatına investisiyaların artırılması ABŞ-ın maraqlarına uyğundur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…