İndoneziyada Rincani dağından min nəfərdən çox insan təxliyə olunub.Bu barədə “Jakarta Post” qəzeti Lombok Milli Parkının rəhbərliyinə istinadla məlumat yayıb.Milli parkın nümayəndəsinin bildirdiyinə görə, dağdan ümumilikdə 1090 nəfər təxliyə edilib. Parkın rəhbərinin sözlərini sitat gətirən qəzet yazır: “Sonuncu təxliyə bir saat bundan əvvəl həyata keçirilib. Əməliyyat zamanı yeddi nəfər yerli alpinist aşkar olunub. Xilasetmə əməliyyatları sonuncu şəxs təxliyə olunanadək davam etdiriləcək”.Xatırladaq ki, iyulun 29-da Lombok adasında baş verən 6,4 bal gücündə zəlzələnin yaratdığı torpaq sürüşməsi nəticəsində Rincani dağı rayonunda dağılmış evlərin altından 16 cəsəd çıxarılıb, 100-dən artıq insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Əcnəbilər də daxil olmaqla, dağa qalxan yüzlərlə insan torpaq sürüşməsi nəticəsində yamaclarda qalıb. Onların təxliyəsi üçün əməliyyatlara bazar günü başlanıb.Nəşrin bildirdiyinə görə, zəlzələ vaxtı dağın başında olanların sayı daha çox ola bilər. Belə ki, bir neçə gün əvvəl dağın zirvəsinə qalxanlar enmək üçün kifayət qədər vaxta malik olmayıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…