İyulun 1-də futbol üzrə İngiltərə kuboku (FA) uğrunda yarışın final görüşü oynanılıb.Azərtac xəbər verir ki, “Uembli” stadionunda Londonun iki təmsilçisi – “Arsenal” və “Çelsi” komandaları üz-üzə gəliblər.Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə “Arsenal” klubu 2:1 hesabı ilə qalib gəlib.Oyunda hesabı “Çelsi” komandası erkən qolla açıb. Matçın 5-ci dəqiqəsində Kristian Pulişiçin zərbəsi dəqiq olub – 0:1. Görüşün 28-ci dəqiqəsində Kiyeran Tierneyin ötürməsində sonra Pyer Emerik-Obameyanq qapıçı ilə üzə-üzə qalıb. Lakin “Çelsi”nin müdafiəçisi və kapitanı Sezar Azpiliketa cərimə meydançasında rəqibinə qarşı kobud oynayıb. Matçın baş hakimi videonəzarət sisteminə (VAR) baxdıqdan sonra “Çelsi”nin qapısına 11 metirlik cərimə zərbəsi təyin edib. Zərərçəkən zərbəni dəqiq yerinə yetirib – 1:1. Qarşılaşmanın 68-ci dəqiqəsində “Arsenal” klubu qələbə topunu vurub. Nikolas Pepenin ötürməsindən sonra Obameyanq fərdi ustalığı sayəsində topu qapıçının başı üzərindən qapıya göndərib. Beləliklə, qabonlu hücumçu dublunu rəsimləşdirərək oyunda son nöqtəni qoyub – 2:1.Oyunun 73-cü dəqiqəsində “Çelsi” klubunun yarımmüdafiəçisi Mateo Kovaçiç ikinci dəfə sarı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırılıb.Beləliklə, 2:1 hesabı ilə qalib gələn “Arsenal” tarixində 14-cü dəfə İngiltərə Liqa kubokunu başı üzərinə qaldırıb. Komanda bu göstərici üzrə öz rekordunu yeniləyib.Xatırladaq ki, “Arsenal” yarımfinalda “Mançester Siti”ni (2:0), “Çelsi” isə “Mançester Yunayted”i (3:1) məğlub edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…