Futbol üzrə İngiltərə Kubokunda 1/4 final mərhələsinin son iki oyunu keçirilib.Azərtac xəbər verir ki, günün ilk matçında “Çelsi” doğma meydanda “Şeffild Yunayted”i 2 cavabsız qolla məğlub edib.Qolları 24-cü dəqiqədə Oliver Norvud öz qapısına, 90-cı dəqiqədə isə Hakim Ziyeş vurub.Digər qarşılaşmada “Lester Siti” evdə “Mançester Yunayted”ini 3:1 hesabı ilə məğlub edib. Matçın 24-cü dəqiqəsində Keleçi İhenaço meydan sahiblərini hesabda önə çıxarsa da, 14 dəqiqə sonra Meyson Qrinvud tarazlığı bərpa edib. Qarşılaşmanın 52-ci dəqiqəsində Yuri Tilemans “qırmızı şeytanlar”ı ikinci dəfə məyus edib. Görüşdə son nöqtəni isə 78-ci dəqiqədə İhenaço qoyub.Beləliklə, qələbə sayəsində “Çelsi” və “Lester Siti” komandaları yarımfinala vəsiqə qazanıblar. Londonlular bu raundda “Mançester Siti” ilə, Lester təmsilçisi isə “Sautgempton”la qarşılaşacaq.Qeyd edək ki, yarımfinal oyunları aprelin 17-də baş tutacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…