İngiltərə kubokunun ilk finalçısı müəyyənləşib

19 İyul 2020 20:34

Xəbər 473 dəfə oxunub

İyunun 18-də İngiltərə kubokunun ilk finalçısı müəyyənləşib.Azərtac xəbər verir ki, turnirin yarımfinal görüşündə “Arsenal” klubu “Mançester Siti” komandası ilə üz-üzə gəlib.Görüş “Arsenal”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.Oyunda hər iki qolun müəllifi London təmsilçisinin əsas qol silahı sayılan Pyer Emerik-Obameyanq olub.Bu qələbə sayəsində “Arsenal” İngiltərə kubokunun finalına vəsiqə qazanıb.Qeyd edək ki, turnirin digər yarımfinalı iyulun 19-da “Çelsi” və “Mançester Yunayted” komandaları arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.xeber100.com