İngiltərə Premyer Liqası 2020-2021-ci il mövsümündə

4 May 2020 21:09

Xəbər 1039 dəfə oxunub

Futbol üzrə İngiltərə Premyer Liqasının 2020-2021-ci il mövsümünün oyunları azarkeşsiz keçirilə bilər.TASS agentliyi xəbər verir ki, bu haqda “Sky Sports” informasiya yayıb.Premyer Liqa rəhbərliyinin və klubların nümayəndələrinin iştirakı ilə keçirilən iclasda mövsümün oyunlarının bərpası üçün razılığa gəlinib. Mənbə, həmçinin bildirir ki, hökumətdən icazə alınacağı təqdirdə çempionatın oyunlarına start veriləcək.Bundan əvvəl Premyer Liqa rəhbərliyi mövsümün erkən başa çatması məsələsini də nəzərdən keçirmişdi. Bir milyard funt sterlinq məbləğində mümkün maliyyə itkisi təhlükəsi ilə əlaqədar heç bir klub bu məsələyə razılıq verməyib.Xatırladaq ki, İngiltərə Premyer Liqası koronavirus pandemiyası səbəbindən martın 13-də dayandırılıb. Turnirin qalan 92 oyunu qeyri-müəyyən vaxtadək təxirə salınıb.xeber100.com