İngiltərə Premyer Liqasında iştirak edən ən yaxşı əcnəbi futbolçular müəyyənləşib.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, “Givemesport” nəşri bununla bağlı araşdırma aparıb. Hazırda 66 fərqli yığma komandadan olan futbolçuların Premyer Liqa klublarında çıxış etdiyi vurğulanıb.Siyahıda “Vulverhempton” klubunda yer alan Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da var. 21 yaşlı hücumçunun çempionatdakı yeganə azərbaycanlı futbolçu olduğu və əsas komandada debüt etmədiyi vurğulanıb. Dadaşovun 6 dəfə Azərbaycan millisinin formasını geyindiyi də yazıda əksini tapıb.İndiyədək İngiltərə Premyer Liqasında 111 ölkənin futbolçuları çıxış edib.Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda “Vulverhempton”la 4 illik müqavilə imzalayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…