İngiltərə Premyer Liqasında 18-ci turun oyunu təxirə salınıb

10 Yanvar 2022 15:36

Xəbər 430 dəfə oxunub

Futbol üzrə İngiltərə Premyer Liqasında 18-ci turun “Everton” – “Lester” oyunu yenidən təxirə salınıb.Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.Oyunun yanvarın 11-də keçirilməsi nəzərdə tutulsa da, “Lester” klubu bu görüşün yenidən təxirə salınmasını istəyib. Buna sözügedən komandada hələ də əksər futbolçuların koronavirusdan tam sağalmaması səbəb göstərilib.Görüşün nə vaxt keçiriləcəyinə hələ ki, qərar verilməyib.xeber100.com