İngiltərə Premyer Liqasında 29-cu turun oyunları başlayıb

7 Mart 2020 19:46

Xəbər 518 dəfə oxunub

Martın 7-də futbol üzrə İngiltərə Premyer Liqasında 29-cu turun oyunlarına “Liverpul” – “Bormunt” qarşılaşması ilə start verilib.Azərtac xəbər verir ki, “Enfild” stadionunda baş tutan görüşdə meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.Oyunda hesabı qonaqlar matçın 9-cu dəqiqədə Callum Vilson sayəsində açıblar. Qoldan sonra hücumları artıran “Liverpul” qarşılaşmanın 25-ci dəqiqəsində hesaba tarazlıq gətirib. Məhəmməd Salah Sadio Manenin ötürməsini qolla tamamlayıb.Oyunun 33-cü dəqiqəsində Sadio Mane adını tabloya yazdıraraq komandasını fasiləyə üstün aparıb.Qarşılaşmanın ikinci hissəsində hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.Beləliklə, “Liverpul” Premyer Liqada növbəti qələbəsini qazanaraq xal ehtiyatını 82-yə çatdırıb və birinci pillədəki yerini möhkəmlədib. “Bormunt” isə 27 xalla 18-ci yerdə qərarlaşıb.xeber100.com