2017/2018-ci illər mövsümündə İngiltərə premyer-liqasında çıxış edən futbolçuların məvacibi 15 faiz artaraq rekord məbləğə – 2,9 milyard funta (3,75 milyard dollara) çatıb. Lakin “Deloitte” beynəlxalq auditor şirkətinin verdiyi məlumata görə, bu artım divizionun tarixində İngiltərə premyer-liqasının üzvü olan 20 klubun 4,8 milyard funt (6,2 milyard dollar) məbləğində ümumi gəlir əldə etməsinə mane ola bilməyib.Azərtac xəbər verir ki, futbolçulara ödənişlərin artması amili (bu ödənişlər ümumi gəlirlərin 60 faizinə çatıb) İngiltərə yüksək divizionunun əməliyyat mənfəətinə təsir göstərib: bu məbləğ vergilər tutulana qədər 100 milyon funt azalaraq 900 milyon funta (1,16 milyard dollara) bərabər olub. Müqayisə üçün bildirək ki, keçən il bu göstərici 1 milyard funta (təqribən 1,3 milyard dollara) çatırdı.Gəlirlərin 89 faizi “böyük altılıq” adlanan “Arsenal”, “Çelsi”, “Liverpul”, “Mançester-Siti”, “Mançester-Yunayted” və “Tottehem” klublarının payına düşür.“Deloitte” beynəlxalq auditor şirkətinin nümayəndəsi Tim Bricin sözlərinə görə, transfer bazarında yaranmış canlanma, habelə əsas mənfəət mənbələrindən birinin – teletranslayasiya hüquqlarının satışının cüzi artması nəzərə alınmaqla yaxın bir neçə mövsüm ərzində komandaların əməliyyat mənfəətinin vergilər tutulana qədər hesablanmış məbləği azalacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…