İngiltərə Premyer Liqasında XXVII turun növbəti oyunu keçirilib

27 Fevral 2022 12:54

Xəbər 369 dəfə oxunub

Fevralın 26-da futbol üzrə İngiltərə Premyer Liqasında XXVII turun növbəti oyunu keçirilib. “Everton” – “Mançester Siti” matçında hər iki komanda meydana Ukrayna simvolları ilə çıxıb.Görüş “Mançester Siti”nin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 81-ci dəqiqədə Fil Foden vurub.”Everton” və “Mançester Siti”nin ukraynalı futbolçuları Vitali Mikolenko ilə Aleksandr Zinçenço ehtiyat oyunçular skamyasında qalıb. Lakin onlar oyunqabağı məşq zamanı göz yaşlarına hakim ola bilməyərək qucaqlaşıblar.xeber100.com