Dekabrın 5-də İngiltərə Premyer Liqasının 15-ci turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun gözlənilməz hesabı “Emirates” stadionunda qeydə alınıb. “Arsenal” öz meydanında “Brayton” komandasına məğlub olub – 1:2. Bu məğlubiyyətdən sonra “Arsenal” 7 oyunda Premyer Liqada qələbəyə həsrətdir.Turun mərkəzi qarşılaşması “Old Trafford” stadionunda oynanılıb. Çempionluğa iki iddialı klub Mançester Yunayted” və “Tottenhem” üzləşib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.Mançester təmsilçisinin heyətində Markus Reşford (2), londonluların isə Delli Alli fərqləniblər.Turnir cədvəlinin hazırkı lideri “Liverpul” öz meydanında “Everton” komandasını 4:2, “Mançester Siti” isə səfərdə “Börnli”ni 4:1 hesabı ilə məğlub edib.Yeddi oyunu məğlubiyyətsiz başa vuran və turnir cədvəlində ikinci pillədə olan “Lester Siti” isə yenidən qələbə qazanıb. Bu dəfə komanda öz meydanında “Votford” klubunun qapısından iki cavabsız top keçirib.Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
“Kristal Palas” – “Bormunt” – 1:0;
“Çelsi” – “Aston Villa” – 2:1;
“Southemton” – “Norviç Siti” – 2:1;
“Şeffild Yunayted” – “Nyukasl Yunayted” – 0:2;
“Volverhemton” – “Vest Ham Yunayted” – 2:0.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…