İngiltərə Premyer Liqasının 17-ci turunun mərkəzi qarşılaşması keçirilib

3 Yanvar 2021 15:04

Xəbər 511 dəfə oxunub

Yanvarın 3-də futbol üzrə İngiltərə Premyer Liqasının 17-ci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, “Çelsi” klubu öz meydanında “Mançester Siti” komandasını qəbul edib.Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Mançester təmsilçisinin heyətində İlkay Gündoğan, Fil Foden və Kevin de Brüyne, London təmsilçisində isə Kallum Hadson-Odoi fərqləniblər.Bu qələbə sayəsində “Mançester Siti” xal ehtiyatını 29-a çatdıraraq 5-ci yerdə, “Çelsi” isə 26 xalla 8-ci yerdə qərarlaşıb.xeber100.com