Dekabrın 27-də İngiltərə Premyer Liqasının 19-cu turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun son görüşündə “Mançester Siti” səfərdə “Volverhemton” komandasının qonağı olub.Görüş gözlənilmədən meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.“Volverhemton”un heyətində Adama Traore, Raul Ximenez və Matt Doherti fərqləniblər. “Mançester Siti”nin heyətində isə hər iki qolun müəllifi Rahim Sterlinq olub.Görüşün 12-ci dəqiqəsində “şəhərli”lərin qapıçısı braziliyalı Ederson qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıb.Bu Mançester təmsilçisinin cari mövsümdə 5-ci məğlubiyyətidir.Beləliklə, “Mançester Siti” “Lester Siti”nin xal itkisindən yararlanmayaraq 38 xalla üçüncü yerdə qərarlaşıb. “Volverhemton” isə 30 xalla 5-ci yerdədir.Xatırladaq ki, “Lester Siti” dekabrın 26-da öz meydanında lider “Liverpul”a böyük hesabla məğlub olub – 4:0.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…