İngiltərə Premyer Liqasının 2020-2021-ci il mövsümündə

13 Sentyabr 2020 13:33

Xəbər 667 dəfə oxunub

Sentyabrın 12-də futbol üzrə İngiltərə Premyer Liqasının 2020-2021-ci il mövsümünün I turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, turun ilk oyun gününün növbəti oyununda son çempion “Liverpul” öz meydanında debütant “Lids Yunayted” komandasını qəbul edib.Məhsuldarlığı ilə seçilən görüş meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.“Liverpul”un heyətində Məhəmməd Salah (4, 33, 88), Viljil van Deyk (20), “Lids Yunayted”in isə Jak Harrison (12), Patrik Bamford (30) və Mateusz Kliç (66) fərqləniblər.Günün digər görüşündə “Kristal Palas” öz meydanında “Southemton” komandasını (1:0), “Arsenal” isə səfərdə “Fulhem” klubunu məğlub edib – 3:0.Turun ilk oyun gününün son görüşü “Vest Ham Yunayted” və “Nyukasl Yunayted” komandaları arasında olacaq.xeber100.com