İngiltərə Premyer Liqasının 22-ci turunun sonuncu matçı keçirilib

4 Yanvar 2018 14:49

Xəbər 767 dəfə oxunub

Yanvarın 3-də İngiltərə Premyer Liqasının 22-ci turunun sonuncu matçı keçirilib.Azərtac xəbər verir ki, tura “Arsenal” ilə “Çelsi” arasında keçirilən London derbisi ilə yekun vurulub. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 2:2 hesabı ilə başa çatıb.Matçın birinci hissəsində hesab açılmayıb. İkinci hissəyə sürətli hücumlarla başlayan “Arsenal” matçın 63-cü dəqiqəsində hesabı açıb. “Topçular”ın heyətində Cek Vilşer fərqlənib. Bundan sonra “Çelsi” hücumlarının kəsərini artırıb. Bunun məntiqi nəticəsi kimi, Antonio Kontenin yetirmələri Eden Azar və Markos Alonsonun qolları ilə hesabda irəli çıxıblar 2:1. Lakin “Zadəganlar” üstünlüklərini qoruya bilməyiblər. Matçın sonuncu dəqiqələrində Hektor Bellerin “Arsenal”a bərabərlik gətirən qolu vurub.xeber100.com