İngiltərə Premyer Liqasının 23-cü turunda

23 Yanvar 2019 14:31

Xəbər 732 dəfə oxunub

“Tottenhem”in futbolçusu Dele Alli zədələnib.Milli.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının 23-cü turunda “Fulhem”lə matçda zədə alıb.Tibbi müayinədən keçən ingilis futbolçunun dizaltı vətərində problem aşkarlanıb. Onun martın əvvəli məşqlərə qayıdacağı gözlənilir.Qeyd edək ki, Allidən öncə komandanın əsas qol silahı Harri Keyn sıradan çıxmışdı.xeber100.com