İngiltərə Premyer Liqasının 25-ci turunun mərkəzi qarşılaşması keçirilib

2 Fevral 2020 20:56

Xəbər 471 dəfə oxunub

Fevralin 2-də futbol üzrə İngiltərə Premyer Liqasının 25-ci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, “Tottenhem Hotspur” stadionunda baş tutan görüşdə “Tottenhem” son çempion “Mançester Siti” komandasını qəbul edib.Görüşün ilk hissəsində qonaqlar hesabı açmağa yaxın olub. Belə ki, baş hakimin “Tottenhem” klubunun qapısına təyin etdiyi 11 metirlik cərimə zərbəsini İlkay Gündoğan dəqiq yerinə yetirə bilməyib.Qarşılaşmanın ikinci hissəsinin 60-ci dəqiqəsində Mançester təmsilçisi azlıqda qalıb. Aleksander Zincenko ikinci sarı vərəqəsini alaraq meydandan kənarlaşdırılıb. Matçın 63-cü dəqiqəsində “Tottenhem” klubu hesabı açıb. Kluba yeni transfer olunmuş Stiven Berqveyn uzaq məsafədən qapını dəqiq nişan alıb – 1:0. Qoldan səkkiz dəqiqə sonra London təmsilçisi yenidən qonaqları meydanın mərkəzindən başlamağa məcbur edib. Son Xın Min qurulmuş kombinasiyanı dəqiq zərbə ilə tamamlayıb – 2:0.Oyunun qalan vaxtı ərzində tərəflərin fərqlənməyə şansları olsa da, görüşdə hesab dəyişməyib və oyun 2:0 hesabı ilə “Tottenhem”in xeyrinə bitib.Beləliklə, “Mançester Siti” cari mövsüm 6-cı məğlubiyyətini qazanıb və onun çempionluq mübarizəsində şansları azalıb. Buna səbəb isə “Liverpul” klubunun 73 xal toplayaraq Premyer Liqanın başa çatmasına 13 tur qalmış “Mançester Siti”dən 22 xalla irəlidə olmağıdır.“Tottenhem” bu qələbədən sonra 37 xalla 5-ci yerə yüksəlib.Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Bormunt” – “Aston Villa” – 2:1;

“Kristal Palas” – “Şeffild Yunayted” – 0:1;

“Nyukasl Yunayted” – “Norviç Siti” – 0:0;

“Vatfotd” – “Everton” – 2:3;

“Liverpul” – “Southemton” – 4:0;

“Mançester Yunayted” – “Volverhemton” – 0:0;

“Vest Ham Yunayted” – “Brayton” – 3:3.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02