Fevralın 22-də “Çelsi” – “Tottenhem” oyunu ilə İngiltərə Premyer Liqasının 27-ci turuna start verilib.Azərtac xəbər verir ki, London derbisi meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı 14-cü dəqiqədə “Çelsi”nin fransalı hücumçusu Olivye Jiru açıb. Fasilədən sonra Frenk Lampardın yetirmələri hesab arasındakı fərqi iki topa çatdırıblar. Markos Alonso komanda yoldaşı Ros Barklinin ötürməsini dəqiq zərbə ilə tamamlayıb – 2:0.Lakin qonaqlar matçın son dəqiqələrində təsəlli qolunu vura biliblər. Görüşün 89-cu dəqiqəsində Erik Lamelanın cinah ötürməsindən sonra top “Çelsi”nin müdafiəçisi Antonio Rudigerin ayağına toxunaraq qapıdan keçib.Beləliklə, “Çelsi” dörd oyundan sonra qələbə qazanıb. “Tottenhem” isə yeddi oyunluq məğlubiyyətsizlik seriyasını davam etdirə bilməyib.Bu qələbədən sonra “Çelsi” 44 xalla turnir cədvəlində dördüncü, “Tottenhem” isə 40 xalla beşinci yerdə qərarlaşıblar.Turun digər oyunları bu gün və fevralın 23-də keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…