İngiltərə Premyer Liqasının 37-ci turun növbəti oyunu keçirilib

19 İyul 2020 20:30

Xəbər 476 dəfə oxunub

Futbol üzrə İngiltərə Premyer Liqasının 37-ci turun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, “Tottenhem” öz meydanında “Lester Siti”ni qəbul edib.“Uebli” stadionunda keçirilən görüş meydan sahiblərinin 3:0 hesabı ilə qələbəsi ilə başa çatıb.London təmsilçisinin heyətində Jeyms Jastin (avtoqol) və Hari Keyn (2) fərqləniblər.Bu qələbə sayəsində xal ehtiyatını 58-ə çatdıran “Tottenhem” turnir cədvəlində 6-cı, “Lester Siti” isə 62 xalla 4-ci yerdə qərarlaşıb.xeber100.com