İngiltərə Premyer Liqasının 37-ci turunun oyunlarına start verilib

15 May 2022 10:15

Xəbər 324 dəfə oxunub

Mayın 15-də Futbol üzrə İngiltərə Premyer Liqasının 37-ci turunun oyunlarına start verilib.Turnir cədvəlinin lideri “Mançester Siti” səfərdə “Vest Ham Yunayted” komandasının qonağı olub.Gərgin keçən görüşdə qalib müəyyənləşməyib – 2:2.Bu nəticədən sonra xal ehtiyatını 90-a çatdıran Mançester təmsilçisi liderliyini davam etdirir. 56 xalı olan “Vest Ham Yunayted” 7-ci yerdə qərarlaşıb. Bir oyun az keçirən “Liverpul” isə 86 xalla ikinci yerdədir.Beləliklə, Premyer Liqanın qalibinin adı son turda müəyyənləşəcək.Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

“Tottenhem” – “Börnli” – 1:0;

“Aston Villa” – “Kristal Palas” – 1:1;

“Lids Yunayted” – “Brayton” – 0:1;

“Vatford” – “Lester Siti” – 1:5;

“Volverhemton” – “Norviç Siti” – 1:1.xeber100.com