İngiltərə Premyer Liqasının 5-ci turunun mərkəzi qarşılaşması keçirilib

25 Sentyabr 2021 21:47

Xəbər 351 dəfə oxunub

Sentyabrın 25-də futbol üzrə İngiltərə Premyer Liqasının 5-ci turunun mərkəzi qarşılaşması keçirilib.“Stenford Bric” stadionunda baş tutan görüşdə “Çelsi” klubu “Maçester Siti” komandasını qəbul edib.Görüş qonaqların minimal hesablI qələbəsi ilə yekunlaşıb – 1:0.Oyunda yeganə qolun müəllifi matçın 53-cü dəqiqəsində Qabriel Jesus olub. O, Joao Kanselonun ötürməsini dəqiq zərbə ilə tamamlayıb.Bu qələbə sayəsində Mançester təmsilçisi xal ehtiyatını 13-ə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Çelsi” isə eyni xalla üçüncü yerdə qərarlaşıb.Paralel keçən görüşdə “Mançester Yunayted” öz meydanında gözlənilmədən “Aston Villa”ya məğlub olub – 1:0.xeber100.com