Sentyabrın 30-da futbol üzrə İngiltərə Premyer Liqasının 7-ci turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun mərkəzi qarşılaşması “Old Trafford” stadionunda oynanılıb. Həmin görüşdə iki iddialı klub – “Mançester Yunayted” və “Arsenal” üz-üzə gəlib.Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.Oyunda hesabı meydan sahibləri birinci hissənin sonuncu dəqiqəsində açıb. Markus Reşfordun ötürməsindən sonra Skot Maktominay baxımlı qola imza atıb – 1:0.Birinci hissə Mançester təmsilçisinin minimal hesablı üstünlüyü ilə başa çatıb.Qarşılaşmanın ikinci hissəsinin 58-ci dəqiqəsində qonaqlar hesabı bərabərləşdirməyə nail olublar.Müdafiəçilərin səhvini Pyer-Emerik Obameyanq bağışlamayıb – 1:1.Qalan dəqiqələrdə hər iki komandanın qol vurmaq şansları olsa da, hesab dəyişməyib.Bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran “Arsenal” turnir cədvəlində dördüncü, “Mançester Yunayted” isə 9 xalla 10-cu yerdə qərarlaşıb.Yeddi turdan sonra maksimum xal qazanan “Liverpul” 21 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində 16 xal olan son çempion “Mançester Siti” ikinci, 14 xalı olan “Lester Siti” isə üçüncü yerdə qərarlaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…