Oktyabrın 3-də futbol üzrə İngiltərə Premyer Liqasının 7-ci turunun mərkəzi qarşılaşması keçirilib.“Enfild” stadionunda keçirilən görüşdə iki əzəli rəqib – “Liverpul” və “Mançester Siti” komandaları üz-üzə gəlib.Oyunda hesabı meydan sahibləri matçın 59-cü dəqiqəsində açıb. Sadio Mane Məhəmməd Salahın ötürməsini qola çevirib – 1:0. Oyunun 69-cı dəqiqəsində “Mançester Siti” hesaba tarazlıq gətirib. Phil Fodenin cinahdan uzaq küncə vurduğu zərbə dəqiq olub – 1:1.Qarşılaşmanın 76-cı dəqiqəsində “Liverpul” yenidən hesabda önə çıxıb. Bu dəfə Məhəmməd Salah özü fərqlənib. Bu da oyunda son qol olmayıb. Görüşün 81-ci dəqiqəsində Mançester təmsilçisi yenidən hesabı bərabərləşdirib. Komandanın lideri Kevin de Brüyne komandasını məğlubiyyətdən xilas edib – 2:2. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişilməyib. Bu nəticədən sonra 15 xalı olan “Liverpul” ikinci, “Mançester Siti” isə 14 xalla üçüncü yerdə qərarlaşıb.Növbəti turda “Mançester Siti” öz meydanında “Börnli”, “Liverpul” isə səfərdə “Vatford” klubu ilə qarşılaşacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…