Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının 9-cu turuna start verilib.Azərtac xəbər verir ki, turun ilk oyun günündə bir necə maraqlı oyunlar olub.Turun mərkəzi görüşündə “Tottenhem” klubu öz meydanında “Mançester Siti” komandasını qəbul edib.“Tottenhem Hotspur” stadionunda oynanılan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.Oyunda hesabı London təmsilçisi erkən (5-ci dəqiqə) qolla açıb. Tanqi Ndombelenin ötürməsindən sonra Son Xın-Min fərqlənib. Fasilədən sonra Joze Mourinyonun yetirmələri hesabı artırıb. Oyuna yenicə daxil olmuş Lo Celso adını tabloya yazdıraraq son nöqtəni qoyub.“Tottemhem” bu qələbədən sonra xal ehtiyatını 20-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. “Mançester Siti” isə 12 xalla 11-ci yerdə qərarlaşıb.Günün digər görüşündə “Çelsi” səfərdə “Nyukasl Yunayted”i (2:0), “Brayton” isə “Aston Villa”nı (2:1) məğlub edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…