İngiltərə Premyer Liqasının dördüncü turunun mərkəzi qarşılaşması keçirilib

11 Sentyabr 2021 11:21

Xəbər 353 dəfə oxunub

Sentyabrın 11-də futbol üzrə İngiltərə Premyer Liqasının dördüncü turunun mərkəzi qarşılaşması keçirilib.“King Power” stadionunda reallaşan görüşdə “Lester Siti” klubu “Mançester Siti” komandasını qəbul edib.Görüş qonaqların minimal hesabla qələbəsi ilə başa çatıb – 1:0.Oyunda yeganə qolun müəllifi 62-ci dəqiqədə Bernardo Silva olub.Bu qələbə sayəsində “Mançester Siti” xal ehtiyatını 9-a çatdıraraq, turnir cədvəlində ikinci yerə yüksəlib. “Lester Siti” isə 6 xalla doqquzuncu yerdə qərarlaşıb.xeber100.com