Avqustun 20-də İngiltərə Premyer Liqasının ikinci turuna “Kristal Palas”–“Liverpul” oyunu ilə yekun vurulub.Azərtac xəbər verir ki, turun son oyununda Məhəmməd Salahın komandası “Kristal Palas”ın qonağı olub. Oyun “mersesayd”lıların qələbəsi ilə yekunlaşıb (0:2).Matçda hesab birinci hissənin son dəqiqəsində açılıb. Hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsindən sonra Ceyms Milner şansını əldən verməyib. Qarşılaşmanın 75-ci dəqiqəsində hakim “Kristal Palas” klubunun müdafiəçisi Van Bisakaya qırmızı kart göstərərək meydandan kənarlaşdırıb. Oyunda son nöqtəni “Liverpul” klubunun seneqallı oyunçusu Sadio Mane qoyub. Qapıçı ilə təkbətək qalan hücumçu adını tabloya yazdırıb – 0:2. Beləliklə, “Liverpul” klubu Premyer Liqada ardıcıl ikinci dəfə qələbə qazanıb.Xatırladaq ki, İngiltərə Premyer Liqasının açılış turunda Yurqen Klopun yetirmələri “Vest Hem” klubunu (4:0), “Kristal Palas” isə səfərdə “Fulhem” (0:2) komandasını məğlub edib.Növbəti turda “Liverpul” “Brayton”la, “Kristal Palas” isə “Votford” klubu ilə qarşılaşacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…