Martın 31-də İngiltərə Premyer Liqasının 31-ci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, “Anfild” stadionunda baş tutan görüşdə turnir cədvəlində ikinci pillədə qərarlaşan “Liverpul” doğma azarkeşlər önündə üçüncü yerdə olan “Tottenhem” komandasını qəbul edib.Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə hesabı 16-cı dəqiqədə erkən qolla meydan sahibləri açıb. Mersessaydlıların braziliyalı hücumçusu Roberto Firmino Andri Robertssonun ötürməsini qola çevirib – 1:0. Qoldan sonra irəli atılan londonlular hesabı bərabərləşdirməyə cəhd etsələr də, birinci hissədə hesab dəyişməyib.Fasilədən sonra qonaqlar hesaba tarazlıq gətirməyə nail olub. Matçın 70-ci dəqiqəsində Lukas Maura adını tabloya yazdırıb – 1:1. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqədə (90+3) “Liverpul” klubu yenidən hesabda önə keçib. Tomi Alderveireld topu qapısından uzaqlaşdırarkən öz qapısına qol vurub – 2:1. Bu da, oyunda son qol olub.Beləliklə, “Liverpul” bu qələbə sayəsində xalların sayını 79 çatdıraraq turnir cədvəlində birinci pilləyə yüksəlib, “Tottenhem” isə 61 xalla üçüncü pillədə qərarlaşıb. “Liverpul” 11 oyundur İngiltərə Premyer Liqasında məğlub olmur.Qeyd edək ki, bu komandalar indiyədək ölkə çempionatı çərçivəsində 178-ci dəfə üz-üzə gəlirlər. Onların 79-da “Liverpul”, 48-də isə “Tottenhem” klubu qalib gəlib. Qırx üç qarşılaşma heç-heçə başa çatıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…