İngiltərə Premyer Liqasının mərkəzi qarşılaşması keçirilib

25 Aprel 2019 12:46

Xəbər 599 dəfə oxunub

Aprelin 24-də İngiltərə Premyer Liqasının 35-ci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtrac xəbər verir ki, “Old Trafford” stadionunda keçirilən görüşdə “Mançester Yunayted” öz meydanında “Mançester Siti” klubunu qəbul edib.Gərgin keçən görüşdə qonaqlar 2:0 hesablı qələbə qazanıb.“Şəhərlilər” hər iki qolu ikinci hissədə vurub. Matçın 56-cı dəqiqəsində Bernardo Silva, qarşılaşmanın 66-cı dəqiqəsində isə Leroy Sane fərqlənib.Bu qələbə sayəsində “Mançester Siti” xallarını 89–a çatdıraraq birinci pilləyə yüksəlib, “Mançester Yunayted” isə 64 xalla 6-cı yerdə qərarlaşıb.xeber100.com