İngiltərə Premyer Liqasının mərkəzi qarşılaşması keçirilib

29 Aprel 2019 11:54

Xəbər 569 dəfə oxunub

Aprelin 28-də futbol üzrə İngiltərə Premyer Liqasının 36-cı turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, “Old Trafford” stadionunda baş tutan görüşdə “Mançester Yunayted” doğma azarkeşlər önündə “Çelsi” komandasını qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.Oyunda hesabı meydan sahibləri erkən qolla açıb. Matçın 11-ci dəqiqəsində Xuan Mata adını tabloya yazdırıb. Birinci hissənin başa çatmasına iki dəqiqə qalmış Markos Alonso hesabı bərabərləşdirib.Fasilədən sonra hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.Bu heç-heçədən sonra xallarının sayını 68-ə çatdıran “Çelsi” dördüncü yerdə, “Mançester Yunayted” isə 65 xalla 6-cı yerdə qərarlaşıb.xeber100.com