İngiltərə Premyer Liqasının mərkəzi qarşılaşması keçirilib

3 İyul 2020 13:51

Xəbər 990 dəfə oxunub

İyulun 2-də futbol üzrə İngiltərə Premyer Liqasının 32-ci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, çempionatın favoriti sayılan “Mançester Siti” və “Liverpul” komandaları üz-üzə gəlib.Görüş Mançester təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.“Mançester Siti”nin heyətində Kevin De Brüyne, Rahim Sterlinq, Fil Foden və Okslayd Çemberland (avtoqol) fərqləniblər.Qeyd edək ki, bu oyun çempionluq yolunda formal xarakter daşıyırdı. Çünki ötən tur “Liverpul” vaxtından əvvəl çempionluğunu rəsimləşdirmişdi.“Liverpul” 86 xalla birinci, “Mançester Siti” isə 66 xalla ikinci yerdə qərarlaşıb.xeber100.com