İngiltərə Premyer Liqasının növbəti görüşləri keçirilib

2 Aprel 2018 13:57

Xəbər 672 dəfə oxunub

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının 31-ci turunun növbəti görüşləri keçirilib.Azərtac xəbər verir ki, turun mərkəzi qarşılaşması Londonda “Çelsi” ilə “Tottenhem” klubları arasında olub. Bu qarşılaşmada hesabı meydan sahiblərinin açmasına baxmayaraq, qonaqlar qalib ayrılıblar 3:1. Meydan sahiblərinin heyətində Alvaro Morata fərqlənib. “Tottenhem”in qollarını isə Eriksen və Dele Alli (2) vurublar.Günün digər oyununda “Arsenal” klubu öz meydanında “Stok Siti” kollektivini 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.Turnir cədvəlinə “Mançester Siti” başçılıq edir. “Mançester Yunayted” ikinci, “Liverpul” isə üçüncü pillədir.xeber100.com