İngiltərə Premyer Liqasının 36-cı turunun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, turun maraqla gözlənilən oyunu “Stenford Bric” stadionunda keçirilib. “Mançester Yunayted” “Arsenal”ı 2:1 hesabı ilə məğlub edib. Oyunda hesabı meydan sahibləri açıb. Pol Pogba fərqlənib – 1:0. Birinci hissə bu hesabla başa çatıb.Fasilədən sonra qonaqlar hesabı bərabərləşdiriblər – 1:1. Hesabla razı olmayan “qırmızı şeytanlar” əsas vaxtın əlavə olunmuş birinci dəqiqəsində künc ötürməsindən sonra Fellaini dəqiq baş zərbəsi ilə qələbə topunu vurub – 2:1. Beləliklə, görüş “Mançester Yunayted” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.Digər oyunda “Mançester Siti” səfərdə “Vest Xem”in qonağı olub. Qarşılaşma 4:1 hesabı ilə Pep Qvardiolanın yetirmələrinin qələbəsi ilə yekunlaşıb.Turnir cədvəlinə vaxtından əvvəl çempionluğu bayram edən “Mançester Siti” 93 xalla başçılıq edir, “Manşester Yunayted” 77 xalla ikinci, “Liverpul” 72 xalla üçüncü, iki oyun az keçirən “Tottenxem” isə dördüncü sıradadır.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Liverpul” – “Stok Siti” – 0:0
“Barnli” – “Brayton” – 0:0
“Kristal Palas” – “Lester Siti” – 5:0
“Hadelsfild” – “Everton” – 0:2
“Nyukasl” – “Vest Bronviç” – 0:1
“Saupgenton” – “Bormut” – 2:1
“Svonsi” – “Çelsi” – 0:1.
Tura aprelin 30-da “Tottenxem”-“Votford” oyunu ilə yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…