İngiltərə Premyer Liqasının növbəti oyunu keçirilib

3 Yanvar 2020 18:42

Xəbər 493 dəfə oxunub

Yanvarın 2-də futbol üzrə İngiltərə Premyer Liqasının növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, çempionatın lideri “Liverpul” turnir cədvəlində 8-ci yerdə qərarlaşan “Şeffild Yunayted” komandasını qəbul edib.Görüş Mersessayd təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yurqen Klopun yetirmələrinin heyətində Sadio Mane və Məhəmməd Salah fərqləniblər. Beləliklə, “Liverpul” cari mövsümdə keçirdiyi 20 oyundan 19-nu qələbə ilə başa vurub.Məğlubiyyətsiz seriyasını davam etdirən “Liverpul” ən yaxın izləyiciləri “Lester Siti”dən 13 xal, “Mançester Siti”dən isə 14 xal irəlidədir. Üstəlik o, rəqiblərinə nisbətən bir oyun az keçirib.Xatırladaq ki, turun birinci oyun günündə aşağıdakı hesablar qeydə alınıb:

“Börnli” – “Aston Villa” – 1:2;

“Brayton” – “Çelsi” – 1:1;

“Nyukasl Yunayted” – “Lester Siti” – 1:1;

“Southemton” – “Tottenhem” – 1:0;

“Uotford” – “Volverhempton” – 2:1;

“Vest Ham” – “Bormunt” – 4:0;

“Mançester Siti” – “Everton” – 2:1;

“Norviç Siti” – “Kristal Palas” – 1:1;

“Arsenal” – “Mançester Yunated” – 2:0.xeber100.com