İngiltərə Premyer Liqasının növbəti turuna yekun vurulub

30 Oktyabr 2018 14:25

Xəbər 697 dəfə oxunub

İngiltərə Premyer Liqasının 10-cu turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun mərkəzi qarşılaşması “Uebli” stadionunda keçirilib. “Tottenhem” klubu son çempion “Mançester Siti” komandasını qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun taleyini həll edən yeganə qolun müəllifi qarşılaşmanın 6-cı dəqiqəsində Riyad Mahrez olub. O, Rəhim Sterlinqin cinah ötürməsini dəqiq zərbə ilə tamamlayıb.Bu qələbədən sonra Pep Qvardiolanın yetirmələri xallarının sayını 26-ya çatdıraraq turnir cədvəlində birinci pillədəki mövqeyini qoruyub. “Tottenhem” isə 21 xalla 5-ci yerdə qərarlaşıb.İngiltərə Premyer Liqasının 11-ci turunda “Mançester Siti” noyabrın 4-də “Southampton” klubunu qəbul edəcək. “Tottenhem” isə səfərdə “Volverhampton” komandasının qonağı olacaq.xeber100.com