İngiltərə Premyer Liqasının XV turunda

4 Dekabr 2017 11:22

Xəbər 880 dəfə oxunub

“Mançester Siti” komandası futbol üzrə İngiltərə Premyer Liqasının XV turunda “Vest Hem”ə 2:1 hesabı ilə qalib gəlib.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu, baş məşqçi Xosep Qvardiolanın rəhbərliyi altında “Mançester Siti”nin cari mövsümdə 14-cü və ardıcıl 13-cü qələbəsidir. Beləliklə, “Mançester Siti” ardıcıl 13 qələbə ilə İngiltərə rekordunu yeniləyib. Əgər növbəti turda “Mançester Siti” klubu “Mançester Yunayted”ə qalib gələrsə, yeni rekorda imza atacaq.Qeyd edək ki, İngiltərə klublarından “Preston”, Sanderland” (hər ikisi 1891-1892-ci il mövsümündə), “Arsenal” (2001-2002-ci il) və “Çelsi” (2016-2017-ci il) daha öncə ardıcıl 13 oyunda qələbə qazanıblar.xeber100.com