Dekabrın 17-də Avropanın aparıcı ölkələrinin futbol çempionatlarında maraqlı qarşılaşmalar keçirilib.Azərtac xəbər verir ki, İngiltərə Premyer Liqasının XVII turunda “Çelsi” səfərdə “Kristal Palas” klubunu Dieqo Kostanın qolu ilə 0:1 hesabı ilə məğlub edib. Son çempion “Lester” klubu “Stok Siti”nin qonağı olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb. Çempionluğa iddialı “Mançester Yunayted” isə səfərdə “Vest Bromviç” ilə qarşılaşıb. Z.İbrahimoviçin oyunda vurduğu iki qol qarşılaşmanın taleyini həll edib – “Vest Bromviç” 0 – 2 “Mançester Yunayted”.Almaniya Bundesliqasında XV turda çempionluğa iddialı iki komandanın qarşılaşmasında “Leyptsiq” klubu “Herta”nı 2:0 hesabı ilə məğlub edib.Fransa birinci liqasında XVIII tur çərçivəsində PSJ səfərdə “Genqam”a 1:2 hesabı ilə məğlub olub.İspaniya La Liqasında XVI turda bir sıra maraqlı qarşılaşmalar keçirilib. Turnir cədvəlində ilk üçlükdə yer alan “Sevilya” klubu “Malaqa”nı böyük hesabla məğlub edib – 4:0. “Atletiko” isə “Las Palmas” klubuna 1:0 hesabı ilə qalib gəlib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…