İngiltərənin “Lester Siti” klubunun məşqçisi istefaya göndərilib

25 Fevral 2019 11:47

Xəbər 570 dəfə oxunub

İngiltərənin “Lester Siti” klubunun baş məşqçisi Klod Püel istefaya göndərilib.Azərtac klubun rəsmi “Twitter” səhifəsinə istinadla xəbər verir ki, 57 yaşlı fransalı mütəxəssis İngiltərə Premyer Liqasının 27-ci turunda “Kristan Pelas” klubu ilə 4:1 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.K.Püel 2017-ci ilin oktyabr ayından “Lester Siti”nin baş məşqçisi kimi çalışırdı. Fransalı məşqçi bunadək “Monako”, “Lion”, “Nitsa”, “Sauthempton” kimi komandalarda baş məşqçi vəzifəsində çalışıb.“Lester Siti” hazırda turnir cədvəlində 32 xal ilə 12-ci yerdədir. Turnirə 66 xalla “Liverpul” klubu liderlik edir.xeber100.com