Rusiya Federasiyasının Yekaterinburq şəhərində “INNOPROM – 2024” beynəlxalq sərgisi çərçivəsində “Böyük Avrasiya bazarlarına çıxmaq uğrunda tərəfdaşlıq: səyləri birləşdirərək qalib gəlirik” mövzusunda işgüzar sessiya keçirilib.
Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Rusiyanın sənaye və ticarət nazirinin müavini Aleksey Qruzdev, Türkiyənin sənaye və texnologiya nazirinin müavini Ahmet Yozqatlıgil və Qazaxıstanın sənaye və tikinti nazirinin müavini Olcas Saparbekovun iştirak etdikləri sessiyada çoxtərəfli formatlarda uğurlu əməkdaşlıq vurğulanıb.
Tədbirdə xarici şirkətlərin Azərbaycan bazarında fəaliyyətinin stimullaşdırılması və ikitərəfli ticarətin artırılması üçün ölkəmizdə tətbiq olunan mexanizmlər diqqətə çatdırılıb. Sənaye zonalarında tərəfdaş ölkələrlə birgə reallaşdırılan investisiya layihələrinin, nəqliyyat-logistika sahəsində təşəbbüslərin yaratdığı imkanlar vurğulanıb.
Özəl və dövlət qurumlarının təmsilçilərinin də qatıldıqları sessiyada qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…