“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Qanun

20 Aprel 2016 15:07

Xəbər 1222 dəfə oxunub

Azərbaycanda Milli Məclisdə “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Qanun və deputat Qənirə Paşayeva tərəfindən orqanların vəsiyyət edilməsi təşəbbüsü irəli sürüldükdən sonra məsələ aktuallaşdı. Notariat vasitəsilə yüzlərlə insan orqanlarını vəsiyyət etdilər. Lakin bu günə qədər beyin ölümü gerçəkləşən insanlardan orqanların köçürülməsi əməliyyatları həyata keçirilmir. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev modern.az-a açıqlamasında deyib ki, orqan transplantasiyası üçün lazımi klinikalar yaradılmalıdır.  “Beyin ölümünün protokolları, kriteriyaları müəyyənləşməlidir. Bu, Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Nə vaxt beyin ölümünün kriteriyaları müəyyənləşəcək, ondan sonra komissiya yaradılacaq və o qurum müəyyənləşdirəcək ki, hansı halda dünyasını dəyişmiş insandan orqan götürmək olar. Hər şəhərdə bir klinikanın olması bəs edəcək ki, beyin ölümünü müəyyənləşdirsin və orqan köçürməsini həyata keçirsin. Bu çox aktual məsələdir. Nə qədər biz bu məsələni tez etsək, o qədər insanlarımıza daha çox yardım göstərə biləcəyik”. Lakin deputat burada insanların maddi çətinliklə üzləşə biləcəyini vurğulayıb.  “Məsələnin digər tərəfi icbari tibbi sığortaya bağlanacaq. Çünki bu çox bahalı əməliyyatdır və hər kəs öz cibinin pulu hesabına orqan köçürülməsini edə bilməyəcək. Dövlət büdcəsi də bunu qarşılamaq gücündə deyil. Ona görə də icbari tibbi sığorta işə düşəndən sonra bu məsələ daha da aktuallaşacaq. Parlament qanun hazırlayıb, hüquqi baza var. Səhiyyə Nazirliyi protokolları təsdiqləmək üçün Nazirlər Kabinetinə təqdim edib. Onlar isə ola bilsin ki, icbari sığortanın tətbiqinə görə bunu gecikdirirlər”. M.Quliyev bildirib ki, qanunvericilikdə orqanların vəsiyyət edilməsi ilə bağlı problem yoxdur. Hər kəs notariat qaydada vəsiyyətnamə verə bilər. “Amma bu işin mexanizmi qurulmadığı üçün o vəsiyyətin də edilməsinin bir mənası qalmır. Bu tətbiq edilsə, insanlarımız da orqanların vəsiyyət edilməsinə hazır olacaq. Təşkilati əsaslar yaradılandan sonra din xadimləri, deputatlar, alimlər, ziyalılar, jurnalistlər, millətin önündə gedən insanlar nümunə olmalıdır ki, onlar da hazır olsunlar”.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05